Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısını dərc edib. "Report" xəbər verir ki, vergi borcu olanlar arasında "Bakı Futbol Klubu" MMC-nin adı da yer alıb.
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov “Report”a verdiyi açıqlamada məlumatı təsdiq edib və bu borcun işçilərin əmək haqqından tutulmalı olan 14%-lik vergi tutulmasına görə yarandığını deyib: "İşçilərin əmək haqqından tutulmalı olan 14%-lik vergi borcumuz var. Borcumuzu ödəmək üçün möhlət almışıq. Borcun məbləği isə o qədər də çox deyil. Bu, təxminən 75 min manat civarındadır".