Bu gün "Bakı Fond Birjası" QSC (BFB) Asiya İnkişaf Bankının (ADB) təşkilatçılğı ilə keçirilmiş, innovativ və “yaşıl maliyyə” alətlərinə həsr olunmuş “Yaşıl Maliyyə Tədbiri”ndə iştirak edib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, Birjanın İdarə Heyətinin sədri Eldar Abdullayev mütəşəkkil kapital bazarları, bazarın cari vəziyyəti və inkişafı istiqamətləri, “yaşıl maliyyə” potensialı haqqında görüş iştirakçılarına məlumat verib.