Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 830,953 milyon manat təşkil edib.
"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,9 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 35 442 olub.
BFB-nin dövriyyəsinin 90,6 %-i və yaxud 21 milyard 596,006 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 30,8 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,7 dəfə azalaraq 1 517,741 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 46,1 % azalaraq 717,206 milyon manat olub.