"Bakı Fond Birjası"nın dövriyyəsi 20 % azalıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 465,9 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 18,1 % azalaraq 7 559 olub.

BFB-nin dövriyyəsinin 53,7%-i, yaxud 5 617,3 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 14,55 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,4 dəfə artaraq 993,3 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 36,25 % azalaraq 3 855,4 milyon manat olub.

Xəbər yenilənəcək ...

Digər xəbərlər