Bakı Fond Birjası ADA-da təlim keçirib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) mütəxəssisləri qonaq təlimçi qismində ADA-da kapital bazarlarına dair təlim keçirib.

“Report” Birjaya istinadən xəbər verir ki, təlim ərzində iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızlarla kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatlar olub.

Daha sonra tələbələrin sualları ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb. 

Digər xəbərlər