Bakı Avrasiya Universiteti ötən ili 2,059 milyon manat mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, 2021-ci ildə universitetin cəmi gəlirləri 4,741 milyon manat, cəmi xərcləri 2,682 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə Bakı Avrasiya Universitetinin aktivləri 4,182 milyon manat olub ki, bu da, illik müqayisədə 12,8 % çoxdur. Hesabat dövründə universitetin öhdəlikləri 65,3 % artaraq 1,165 milyon manata, balans kapitalı 6,5 % azalaraq 2,532 milyon manata düşüb.
Xatırladaq ki, Bakı Avrasiya Universiteti 1992-ci il aprel ayında Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilib