Bakı. 26 iyun. REPORT.AZ/ “Bakelektroqaynaq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 4,765 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,3% çoxdur.
2017-ci ildə “Bakelektroqaynağ”ın cəmi öhdəlikləri, demək olar ki, dəyişməyək 1,44 mln. manat, cəmi kapitalı isə 1,9% artaraq 3,325 mln. manat olub.
Ötən il şirkətin gəlirləri 336 min manat (əvvəlki ilə nisbətən 0,2% çox), xərcləri 258 min manat (3,7% az) təşkil edib. Son nəticədə “Bakelektroqaynağ”ın vergiyəqədərki mənfəəti 77 min manat olub ki, bu da illik müqayisədə 16,5% çoxdur.
2017-ci ildə şirkət 2016-cı ilə nisbətən 15,3% çox – 15 min manat mənfəət vergisi ödəyib və ötən ili 62 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 16,8% çoxdur.