“Aztelekom” 3 illik maliyyə hesabatlarının auditinə 219 min manat xərcləyəcək

Bakı. 5 aprel. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.

Bu məqsədlə şirkətə 219 480 manat ödəniləcək. 

Digər xəbərlər