Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında "Azsığorta" ASC-nin yığımları 21 080 242 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,61% azdır.
Hesabat dövründə "Azsığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 11 ay ərzində 7 076 506 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 0,63% azdır.
2016-cı ilin yanvar-noyabr aylarında "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 33,57 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabrında 23,44% olub.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.