“Azsığorta” ASC 2021-ci ili 758 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,45 dəfə azdır.
Ötən il “Azsığorta”nın gəlirləri 16,762 milyon manat (əvvəlki ilə nisbətən 23,7 % az), xərcləri 15,815 milyon manat (19,6 % az), mənfəət vergisi ödəmələri isə 189 min manat (2,45 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 38,078 milyon manat olub ki, bu da illik müqayisədə 40,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 34,8 % azalaraq 20,279 milyon manata, balans kapitalı 46,3 % azalaraq 17,799 milyon manata, o cümlədən nizamnamə kapitalı 31% azalaraq 14,007 milyon manata düşüb.
Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.