“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 1 110 min və yaxud 28,8 % azaldaraq 1 558,6 min manatdan 448,6 min manata endirdiyini elan edib.
“Report” bu barədə BOKT-a istinadən xəbər verir.
Bundan əvvəl kredit təşkilatının kapitalı 91,4 min manat və yaxud 5,5 % azaldılaraq 1 650 min manatdan 1 558,6 min manata endirilmişdi.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % İlqar Əhmədzadədir.