Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azkredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) 300 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 3 000 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor - BOKT-un yeganə səhmdarı Mahir Məmmədov 300 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, BOKT-un nizamnamə kapitalı 2 dəfə artaraq 300 min manatdan 600 min manata çatıb.
Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb.