“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 245 min manat və yaxud 44,4 % azaldaraq 552 min manatdan 307 min manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.