"Azfinance İnvestisiya Şirkəti"nin xalis mənfəəti 34 % azalıb

"Azfinance İnvestisiya Şirkəti" ASC 2023-cü ili 464 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 34,2 % azdır.

Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 604 min manat (əvvəlki illə müqayisədə 31,5 % az), mənfəət vergisi ödəmələri isə 140 min manat (20,9 % az) təşkil edib.

Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 14,772 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 32,5 % artaraq 11,044 milyon manata, balans kapitalı isə 4,5 % artaraq 3,728 milyon manata çatıb.

Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 84,97 %-i Abid Mamedova (Müşahidə Şurasının sədri), 15,03 %-i isə İntiqam Səfərəliyevə (direktor) məxsusdur.

Digər xəbərlər