"Azfinance İnvestisiya Şirkəti"nin xalis mənfəəti 19 % azalıb

"Azfinance İnvestisiya Şirkəti" ASC 2022-ci ili 705 min manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 19 % azdır.

Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 882 min manat (əvvəlki illə müqayisədə 16,8 % az), mənfəət vergisi ödəmələri isə 177 min manat (6,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 8,098 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 60,3 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,2 dəfə artaraq 4,497 milyon manata, balans kapitalı isə 20,2 % artaraq 3,601 milyon manata çatıb.

Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 84,97 %-i Abid Mamedova (Müşahidə Şurasının sədri), 15,03 %-i isə İntiqam Səfərəliyevə (direktor) məxsusdur.

Digər xəbərlər