"AzeSteelCompany” ötən ili zərərlə başa vurub

"AzeSteelCompany” ASC 2022-ci ili 1,806 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 298 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "AzeSteelCompany”nin vergiyəqədərki zərəri 1,833 milyon manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 28 min manat (vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə "AzeSteelCompany”nin aktivləri 20,393 milyon manat olub ki, bu da illik müqayisədə 42,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 79,2 % artaraq 12,288 milyon manata, balans kapitalı isə 9,4 % artaraq 8,105 milyon manata çatıb.

Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.

Digər xəbərlər