Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "AzeSteelCompany” ASC-nin 1,5 milyon manatlıq faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 5 investor qiyməti 1 000 manat (10%), ümumi məbləği isə 1,5 milyon manat olan 5 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” ASC -dir.