"Azərsu" ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2021-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2021-ci il dekabrın 31-i tarixinə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi xidmətləri üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 100 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 22-si, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Nəticələr aprelin 25-i, saat 16:00-da portalda açıqlanacaq.