Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 5 milyon ABŞ dolları dəyərində faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 dollar olan 50 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 106 investor 5 milyon dollarlıq 106 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" ASC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.