“Azərkosmos” sığortaçı seçir

“Azərkosmos” ASC əməkdaşlarının könüllü tibbi sığortası üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini oktyabrın 7-si saat 18:00-a qədər səhmdar cəmiyyətinin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 565-00-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Digər xəbərlər

Qızıl yenidən bahalaşır 21 fevral, 2026 / 01:45