Bakı. 19 iyul. REPORT.AZ/ “Azərkosmos” ASC könüllü tibbi sığorta xidmətinin satınalınması məqsədi ilə kotirovka sorğusu elan edib.
“Report” quruma istinadən xəbər verir ki, kotirovka təklifləri iyulun 27-nə qədər şirkətin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında, 5-cii mərtəbədə yerləşən baş ofisinə təqdim edilməlidir (tel.: (012) 565 00 55).
Təkliflərə iyulun 30-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.