"AzerGold"un ixrac gəlirləri 24 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında "AzerGold" QSC 51,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel buraxılışına istinadən xəbər verir.

Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 23,6 % çoxdur.

Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.

Digər xəbərlər