Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb

Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il aprelin 1-nə nisbətən 7,5 % azdır.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46