Azərbaycanın ümumi dövlət borcunun bu il 3 faiz bəndi azalaraq ümumi daxili məhsulun (ÜDM) 18,4 %-nə qədər, növbəti 2 ildə isə azalaraq 17 %-nə enəcəyi proqnozlaşdırılır ki, bu da “BB” oxşar ölkələrin qrupundakı ən aşağı göstəricidir (orta hesabla ÜDM-in 57,7 %-ni təşkil edir).
“Report” xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
"Təxminən dörddə üçü təbii qaz investisiya layihələri və Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ildə restrukturizasiyasından yaranan dövlət kreditləri və zəmanətləri, 2020-ci ilin sonundakı 33,2 %-dən bu ilin III rübündə ÜDM-in 29,1 %-ə enib", - məlumatda deyilir.
“Fitch” yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin nəzarəti altında olan dövlət müəssisələrində zəif korporativ idarəetmənin təkmilləşdirilməsində yalnız çox mərhələli irəliləyiş gözləyir.
Hökumətin proqnozuna görə, 2022-ci ildə xarici borclar üzrə limit 600 milyon manat səviyyəsində nəzərdə tutulur (2021-ci ildə - 200 milyon manat).
Eyni zamanda, hökumət 2022-ci ildə daxili borclar üzrə limiti 2021-ci ildə 1,3 milyard manata qarşı 1,1 milyard manatadək azaltmağı qərara alıb.
Bundan əlavə, 2022-ci ildə dövlət zəmanətləri üzrə limitin yuxarı həddi 2021-ci ildə 1 milyarc manata qarşı 800 milyon manat səviyyəsində təklif olunub.
Xatırladaq ki, 1 iyul 2021-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 milyard 349 milyon manat (10 milyard 205,3 milyon ABŞ dolları) və ya ÜDM-in 21,6 %-ni təşkil edir. Birinci yarımillikdə daha aktiv xarici borclanma hesabına dövlət borcu 2,4 % artıb. 2021-ci ilin yanvar-iyun aylarında ölkənin dövlət borcunun 84,3 %-ni təşkil edən xarici borc 2,5 % azalıb.
Azərbaycan hökuməti 2026-cı ilə qədər dövlət borcunun həcmini 2020-ci iliun yekunları üzrə ÜDM-in 23,;%-ə qarşı ÜDM-in 19,3%-dək azaltmağı planlaşdırır.