Bu ilin yanvar-mart aylarında Azərbaycanın törəmə maliyyə alətləri bazarında 1 089,6 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,4% azdır.
Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 11% artaraq 28 743-ə çatıb.