Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Mərmər İnşaat" ASC-nin 100 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 100 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, şirkətin nizamnamə kapitalı 6,7 % artaraq 1,5 milyon manatdan 1,6 milyon manata çatıb.
Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun səhmdarı 100 % Hürzat Axundovadır.