"Azinvest Telecom Technology" QSC nizamnamə kapitalını 200 min manat və yaxud 101 dəfə artıraraq 2 min manatdan 202 min manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, kapital artımı üçün şirkətin dövriyyədə olan 400 səhminin nominal dəyəri 5 manatdan 505 manata çatdırılacaq.
Xatırladaq ki, "Azinvest Telecom Technology" 2017-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti rabitə şəbəkələrinin infraksturunun tikintisi və xidmət göstərilməsidir.