Azərbaycanın tədiyyə balansında 1,4 mlrd. dollarlıq profisit yaranıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 1,4 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həm neftin 25% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Belə ki, 9 ay ərzində CƏB-də 1,1 mlrd. dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. dollar və yaxud 66,7% artaraq 5 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə illik müqayisədə 0,2 mlrd. dollar və yaxud 5% azalaraq 3,9 mlrd. dollar olub. Başqa sözlə, neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtüb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46