Azərbaycanın sığorta bazarı 27 % böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 108,234 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 497,466 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.

11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 manat olub.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06