Azərbaycanın sığorta bazarı 17 %-dən çox böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.

Xəbər lenti

Tovuzda fərdi evdə yanğın olub 24 aprel, 2025 / 23:42