Azərbaycanın sement satıcısının səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda "Norm" sement zavodunun məhsullarının satışı ilə məşğul olan “Konstromat” ASC-nin 196 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd səhm standard bazar seqmentində, kütləvi təklif üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 196 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Prosesin anderrayteri “Invest-AZ Investisiya Şirkəti” ASC-dir.

Nəticədə şirkətin nizamnamə kapitalı 4 min manatdan 200 min manata çatdırılıb.

Digər xəbərlər