2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 444,1 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Xatırladaq ki, 2024-cü ildə tədiyyə balansında 438,1 milyon dolları ABŞ dolları kəsir olub.
"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman BPM6 (Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansı üzrə Təlimatının 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMB rəsmisi əlavə edib.