Azərbaycan Mərkəzi Bankı "Az-Lead" MMC-nin istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqrazdan (1 milyon manatlıq) gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, “Az-Lead” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,123 milyon manatdır. Şirkət qurğuşun tullantıların utilizasiyası, qurğuşun külçələrin istehsalı və ixracı ilə məşğuldur.