Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Level Leasing” ASC-nin 50 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 0,5 manat olan 100 000 ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 4 investor 50 min manatlıq 4 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, şirkətin nizamnamə kapitalı 5 % artaraq 1 milyon manatdan 1,05 milyon manata çatıb.
Xatırladaq ki, "Level Leasing” 2023-cü ildə yaradılıb.