Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Partners Finance” QSC 2023-cü ili 791 min manat xalis mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, ötən il “Partners Finance”ın vergiyəqədərki mənfəəti 989 min manat, mənfəət vergusi ödəmələri isə 198 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Partners Finance”ın aktivləri 12,963 milyon manat olub ki, bu da illik müqayisədə 60,5 % çoxdur. Hesabat dövründə lizinq şirkətinin öhdəlikləri 54,4 % artaraq 11,341 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 1,622 milyon manata, o cümlədən nizamnamə kapitalı 51 dəfə artaraq 102 min manata çatıb.
Xatırladaq ki, “Partners Finance” 2020-ci ildə yaradılıb.