Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Partner Finance" QSC-nin 500 min manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 1 investor nominal dəyəri 1 000 manat, ümumi məbləği isə 500 min manat olan 1 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1 000 manat (10 %) müəyyən edilib.
Qiymətli kağızlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.