Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını kəskin artırır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “International Leasing” QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 21 dəfə artaraq 50 min manatdan 1,050 milyon manata çatacaq.

Xatırladaq ki, “İnternational Leasing” 2021-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Nicat Həsənovdur (100%).

Digər xəbərlər