Yanvarın 10-da, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.
Yığıncağın gündəliyinə illik maliyyə nəticələrinin və dividend ödənişinin müzakirə edilməsi daxildir.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Agentliyin səhmdarları hər bir 50 % payla Yadulla Yusifov və Rüstəm Hacıyevdir (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu).