Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC 2022-ci ili 1,02 milyon manat mənfəətlə başa vurub.
“Report” agentiyə istindən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “BOA Agency”nin aktivləri 9,908 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 92,6 % artaraq 8,738 milyon manata, balans kapitalı isə 3,3 dəfə artaraq 1,17 milyon manata çatıb.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkətin səhmlərinin 50 %-i Yadulla Yusifova və 50 %-i isə Rüstəm Hacıyevə məxsusdur.