Azərbaycanın IT həllər inteqratoru “Caspel” MMC 2021-ci ili 667 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 34,7 % azdır.
Ötən il “Caspel”in vergiyəqədərki mənfəəti 834 min manat (34,6% az), mənfəət vergisi ödəmələri isə 167 min manat (34,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Caspel”in aktivləri 9,679 milyon manat olub ki, bu da illik müqayisədə 35,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 37,7% azalaraq 8,566 milyon manata, balans kapitalı isə 7,2% azalaraq 1,112 milyon manata düşüb.
Xatırladaq ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.