"Stock Baku" MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Stock Baku" bu ilin iyul ayında yaradılıb. Onun nizamnamə kapitalı 7,343 milyon manat, qanuni təmsilçisi isə Vüsal Yaşar oğlu Qasımovdur.