Azərbaycanın investisiya şirkətinin istiqrazlarına 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azfinance İnvestisiya Şirkəti” QSC-nin 1 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqraz standart bazar seqmentində, rəqabətli üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 1 milyon dollarlıq 1 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Prosesin anderrayteri emitent özüdür.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər