Azərbaycanın investisiya şirkəti səhmdarına dividend ödəyib

“Unicapital İnvestisiya Şirkəti” ASC ötən il əldə etdiyi təxminən 1 milyon manatdan xalis mənfəətdən yeganə səhmdarı – “Unibank” ASC-yə 800 min manat dividend ödəyib.

“Report” xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Məlumatda deyilir ki, dividend ödənişi ilə bağlı qərar investisiya şirkətinin səhmdarlarının sentyabrın 30-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. “Unicapital”ın 300 min manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 3 manat olan 100 min ədəd səhm əsasında formalaşdığı üçün hər səhm üzrə dividendin məbləği 8 manat təşkil edib.

Digər xəbərlər