“Azfinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 1 000 ədəd, yəni 1 milyon dollarlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsinin tezliyi hərracın gedişində müəyyən ediləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.