Azərbaycanın investisiya imkanları Batumidə beynəlxalq forumda təqdim olunub

Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə Birinci İnvestisiya Forumunda Azərbaycanın investisiya imkanları təqdim olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir çərçivəsində Azərbaycana aid guşədə ölkənin biznes mühiti, investisiya imkanları və investisiya layihələrinin əks olunduğu müxtəlif təşviqat materialları sərgilənib.

Azərbaycan guşəsinə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrlə yanaşı, Avropa İttifaqı ölkələrini təmsil edən iş adamları da böyük maraq göstəriblər.

Ziyarətçilərə həmçinin Azərbaycan İnvestisya Şirkəti, Sumqayıt Kimya-Sənaye Parkı barədə də ətraflı məlumat təqdim olunub. 

Digər xəbərlər