“Mərmər İnşaat” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 100 min manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 6,7 % artaraq 1,5 milyon manatdan 1,6 milyon manata çatacaq.
Xatırladaq ki, “Mərmər İnşaat” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun səhmdarı 100 % Hürzat Axundovadır.