Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda içki istehsalı ilə məşğul olan “A+CO” ASC-nin 190 min manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdirilib.
Qiymətli kağızlara 1 investor 190 min manatlıq 1 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub və "A+CO"nun nizamnamə kapitalı 20 dəfə artaraq 10 min manatdan 200 min manata çatıb.
Xatırladaq ki, “A+Co” 1997-ci ildə yaradılıb. Onun səhmləri 100 % Məhayət Nəbiyevə məxsusdur.