Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) “Bakı Ət” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 4 əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqdlər müəssisənin 200 səhminin realizə edilməsini nəzərdə tutur.
Qiymətli kağızların nominal qiyməti 2 manat olsa da, onlar 50% baha – 3 manatdan “əl dəyişdirib”.