Azərbaycanın boru istehsalçısının istiqrazlarının yerləşdirilməsinə başlanılır

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 25-də Bakı Fond Birjasında (BFB) “Metak” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmi şistiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı sifarişlərin toplanması Birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-a qədər olunacaq. Emissiyanın məbləği 2 mln. manat (hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd istiqraz), istiqarazların tədavül müddəti 1 il, illik gəlirliliyi 14% təşkil edir. Faizlər 3 aydan bir ödəniləcək. Anderrayter qismində “AzFinance İnvestisiya Şirkəti” QSC çıxş edəcək.

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcək. Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınması imkanı nəzərdə tutulub.

"Metak" istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə daxil edilib. 

Digər xəbərlər