Azərbaycanın aparıcı sement istehsalçısının xalis mənfəəti 7 % artıb

“Neqsol Holdinq” MMC-yə məxsus “Norm” ASC 2021-ci ili 28,397 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 6,7 % çoxdur.

Ötən il “Norm”un vergiyəqədərki mənfəəti 36,544 milyon manat (illik müqayisədə 5,1% çox), mənfəət vergisi ödəmələri isə 8,147 milyon manat (0,2 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Norm”un aktivləri 299,056 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6,6 % artaraq 52,132 milyon manata, balans kapitalı isə 12,1 % artaraq 246,924 milyon manata çatıb.

Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb, ölkənin aparıcı sement istehsalçılarından biridir. Onun nizamnamə kapitalı 161,962 milyon manatdır.

Digər xəbərlər